Yüklənir..

WOWOMAN

WOWOMAN qadınların fərdi və peşəkar inkişafına yönəldilmiş böyük layihələr həyata keçirir. Bizim xüsusi "Tech Tech Xanım" layihəsi qadınlarımıza çətin, amma çox maraqlı IT dünyasından baş çıxartmağa kömək edir və artıq ilk mütəxəssisləri yetişdirdi. #Qorxmasaydım layihəsi isə öz qorxularına qalib gələn qadınlar haqqında danışır. Sənin də bir ideyan var və sən şəxsi layihəni başlamaq istəyirsən, lakin bunu necə edəcəyini bilmirsən? WOWOMAN istedadlı, öz arzularını həyata keçirmək istəyən qadınları axtarır. 

WOWOMAN böyük şəhərlərin ritminə uyğunlaşır, sənin maraqlarını və bugün aktual olan tendensiyaları araşdırır ki, sənə yerli və xarici mütəxəssislərin iştirakı ilə keçirilən tədbirlərə qatılmaq imkanı yaratsın, bu sənin uğurlu karyera qurmağına kömək etməklə yanaşı, pozitiv ab-hava yaratmağa da yardımçı olacaq. Təlimlərin təşkil olunduğu sahələr çox müxtəlifdir, jurnalistikadan, project management, HR, public speaking və mühasibliklə yanaşı şəxsi inkişaf və motivasiya təlimləri də var.

WOWOMAN bütün narahatçılıqları unutduracaq mühit yaratmağa çalışır ki, özün üçün ayırdığın bu vaxtdan həzz ala biləsən.Artıq zumba, joqa, Latın Amerikası rəqsləri, pilates master klassları, psixoloqlarla görüş , idmana həsr olunmuş seminar təşkil edilib.