Yüklənir..

YARAT

2011-ci ildə Aida Mahmudova tərəfindən təsis olunan “YARAT” qeyri-kommersiya təşkilatı Azərbaycanda müasir incəsənətin inkişafı və onun ictimaiyyət tərəfindən dərk olunması sahəsində fəaliyyət göstərir, habelə ölkə daxilində və beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin təmsil olunması ilə məşğuldur.

Bakıda yerləşən və adı “yaratmaq” sözündən əmələ gələn “YARAT” təşkilatının əsas fəaliyyətlərini sərgi proqramları, təhsil tədbirləri və festivallar təşkil edir. “YARAT” yerli və beynəlxalq incəsənət şəbəkələri, o cümlədən, müxtəlif fondlar, sərgi salonları və muzeylər arasında dialoqun qurulması və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində çalışır. “YARAT”-ın həyata keçirdiyi təhsil proqramları silsiləsi qlobal səviyyədə mədəniyyətlərarası dialoqun və əməkdaşlığın yaranması üçün imkan yaradır.

YARAT-ın, əsas məqsədi gənc və istedadlı nəslin motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar platformanın yaradılması, incəsənət institutlarının tələbə və məzunlarına “ARTIM Young Artists Project” adlı layihə vasitəsi ilə dəstək verməsini öz öhdəsinə götürür. Bu isə öz növbəsində rəssamın və onun əsərlərinin peşəkar mühitdə iştirakı, digər incəsənət təşkilatlarının diqqəti və cəlb edilməsi, müasir incəsənət sahəsində uğurlu karyeranın qurulmasına imkan əldə etməsidir. YARAT müasir incəsənətlə bağlı mühazirələr, seminarlar və master-klasslar keçirməklə, xüsusi təhsil proqramını, tətbiq edəcəkdir, həm də ressam-rezedensiyaları keciriləcək.