Yüklənir..
Tədbir haqqında

Beatles-ın mahnılarını SOUND REPLY qrupu ifa edəcək

2001-ci ildən başlayaraq UNESCO-nun təklifi ilə 16 yanvar ümumdünya Beatles günü kimi qeyd olunur. Nüfuzlu bir beynəlxalq təşkilatın belə bir qərarı bu köhnə ənənəyə faktiki olaraq rəsmi status verir. Məhz 16 yanvar tarixini bütün bitlomanlar sevimli qruplarının yaranma tarixi günü kimi qeyd edirlər, baxmayaraq ki qrupun dəqiq yaranma tarixini hətta qrup üzvləri özləri də xatırlamırdılar. Sadəcə 16 yanvar 1957-ci ildə Liverpulda Cavern klubu açılmışdır, haradaki Beatles qrupu ilk çıxışını etmişdir.

Qrup çox da uzun müddət mövcud olmayıb və sadəcə bir dəfə qrup təzə yarananda iştirakçılardan birini dəyişib. Roku sevən hər kəs bu adları tanıyır: John Lennon (ritm gitara, klaviş, harmonika, vokal),
Paul McCartney (bas gitara, fortepiano, vokal), George Harrison (solo gitara, vokal), Ringo Starr (baraban, vokal).

Rok musiqi sevərlər The Beatles qrupunu ədalətli olaraq 20-ci əsrin ən yaxşı rok qrupu adlandırırlar. Onlar populyar musiqinin tarixinin sonrakı gedişatına böyük təsir göstəriblər və uğurlarına görə hələ də təkrarolunmaz sayılırlar. Əslində bu britaniya qrupu keçən əsrin mədəniyyət tarixində bir fenomen oldu. İndiyəqədər qrupun bütün dünyada bir milyarddan çox plastinkası buraxılıb və onların albomları hələ də bütün yaş təbəqələri tərəfindən sevilir. Keçən əsrin 60-cı illərinə və 70-ci illərin əvvəllərində baş vermiş bitlomaniya hələ də insanların hisslərini silkələməkdə davam edir. Liverpul dördlüyünə olan hörmətlərini bir çox musiqiçi, siyasətçi və ictimai xadimlər bildirmişlər.

Giriş 3 AZN
telefon: 0552129352

  • facebook (/eventsaz)
  • instagram (@eventsaz)