Yüklənir..
Tədbir haqqında

Əziz gənclər,

Sizi Beynəlxalq Könüllülük gününə həsr olunmuş AEGEE-Bakı İnsan Hüquqları və Təhsil İşçi Qrupunun tərəfindən təşkil olunan Power of Volunteerism seminarına dəvət edirik.

Seminar üç hissədən ibarət olacaq:

Birinci hissədə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında(NAYORA) Beynəlxalq Əlaqələr Üzrə Katib və Avropa Könüllülük Xidmətinin Koordinatoru vəzifəsində çalışan İlhamə Qasımzadə gənclərimizə könüllülüyün nə kimi hüquqları olduğunu, Könüllük zamanı qarşılaşdığımız müsbət və mənfi cəhətlər və ən əsası aktiv həyatımızda və gələciyimizdə nə kimi önəmli rolu olduğundan danışacaq. Və həmçinin Avropada Könüllülük Xidməti( EVS) haqqında ətraflı məlumat veriləcək.

İkinci hissə isə daha çox təcrübə xarakterli olacaq. BDUda oxuyan və hal-hazırda blogger kimi fəaliyyət göstərən Nərmin Elçin isə bizlərlə öz Erasmus təcrübələrini bölüşəcək. Və Erasmusla bağlı bir çox suallara cavab verəcək.

Üçüncü və son hissə isə AEGEE Avropa Tələbələr Formunun könüllülük prinsipinə əsaslanacaq. Hal-hazırda minlərlə tələbənin fəaliyyət göstərdikləri bu gənclər təşkilatının, AEGEE-nin bir çox lokallarında, eləcə də AEGEE-Bakıda könüllü olmanın faydalarından danışılacaq.

Əgər siz də könüllülük təcrübələrinizi beynəlxalq səviyyədə saxlamaq və həmçinin EVS, Erasmus və AEGEE haqqında daha maraqlı məlumatlar əldə edərək həftə sonunu dəyərləndirmək istəyirsinizsə elə isə qeydiyyatdan keçməyə tələsin.

Qeydiyyat linki:
https://goo.gl/forms/8zFTUoCDpK5lyQ9J3

QEYD 1 : Seminarda yalnız qeydiyyatdan keçmiş və qeydiyyat formu bəyənilən 40 nəfər iştirak edə biləcək.

Qeydiyyat üçün son tarix: 01.12.2016

Vaxt: 03.12.2016, 13:00
Məkan: Xəzər Universiteti
Ödəniş: 3 AZN

QEYD 2 : AEGEE-Bakı üzvlərinə və Xəzər Universitetində təhsil alan tələbələrə seminar ödənişsizdir.

Fürsəti dəyərləndirin və həftəsonunu bizimlə birlikdə yaddaqalan edin!

Avropa Tələbələr Forumu - Bakı İctimai birliyi
baki@aegee.org
www.aegee-baki.org
Tel: (+99412) 4921543, (+99455) 5306662

  • facebook (/eventsaz)
  • instagram (@eventsaz)