Yüklənir..
Tədbir haqqında

Digital AIR platforması Rəqəmsal Marketinq təlimləri ilə bağlı müraciətlərin qəbuluna başlayır!

Marketinqin spesifik sahələrindən olan Rəqəmsal Marketinq təlimləri “Ölçülən keyfiyyət” devizi ilə yanvar ayının 27-dən etibarən başlayır və 1 ay müddətində davam edəcək. Təlimlər saat 19:00 – 21:00 aralığında Dəmirçi Tower-də keçiriləcək.
Təlimdə iştirak edənlər Rəqəmsal Marketinqlə bağlı tam proqramı mənimsəyəcək və bu sahədə peşəkar mütəxəssis kimi formalaşacaq. Digital AIR proqramı üzrə siz Rəqəmsal marketinq alətləri, Sosial media marketinqi, internet reklamları, Google AdWords, Affiliate Marketinq, SEO/SEM və digər mövzular üzrə yerli və beynəlxalq təcrübəni, beynəlxalq təcrübənin lokal bazara adaptasiyasını və texnoloji yeniliklər haqqında praktiki biliklərini artıracaqsınız.

Kimlər iştirak edə bilər:
Yerli şirkətlərdə satış, marketinq, reklam, PR sahəsində çalışan menecerlər, kiçik və orta sahibkarlar, qeyd olunan üzrə təhsil alan və ya bu sahədə karyerasını inkişaf etdirmək istəyən hər kəs iştirak edə bilər.

Necə iştirak etmək olar:
Təlimdə iştirak etmək üçün http://bit.ly/29CtYpN daxil olaraq qeydiyyatdan keçmək lazımdır.
Digital AIR təlimləri ərzində Aysel Cəbrayılova (Digital Marketing Conference həmtəsisçi), Pərviz Əzimov (Technol - marketinq direktoru, “Rəqəmsal Marketinq – Bələdçi” kitabının müəllifi) və öz sahələri üzrə ixtisaslaşan yerli mütəxəssislər təcrübəsini iştirakçılarla paylaşacaq.

Təlimlərə qoşulmaq üçün son müraciət tarixi 22 Yanvar 2017-ci ildir.
Təlimdə iştirak haqqı: 150 AZN
Əlavə məlumat üçün Digital AİR ( www.fb.com/Digitalmarketingair/ ) səhifəsinə yaza bilərsiniz.
Tel: +994 50 785 85 65

  • facebook (/eventsaz)
  • instagram (@eventsaz)