Yüklənir..
Tədbir haqqında

KƏNARDA (Böyük Britaniya, 2016, 15 dəq.)
Rejissor Cavid Zaidov

YARAT Müasir İncəsənət Məkanı Sizi gənc kinorejissor Cavid Zaidovun “Kənarda” qısametrajlı filminin nümayişinə dəvət edir.

“Kənarda” filmi 1912-ci ildə Cənub qütbünə səfər edən Britaniya ekspedisiyasının son günlərindən bəhs edir. 4 nəfərlik ekspedisiyanın rəhbəri Robert Skottdur. Onlar Antarktidanın sonsuz səhrasında çətinliklərlə mübarizə aparırlar. Tədqiqatçılardan biri - ciddi zədə almış və donmuş Titus Uots mənəvi seçim qarşısındadır...

Cavid Zaidov – London Kinematoqrafiya Məktəbinin məzunudur (2016). “Kənarda” filmi onun diplom işidir. O, həmçinin Vestminster Universitetinin Humanitar elmləri fakültəsinin kino tədqiqatları üzrə magistridir. İdman və kinematoqrafiya jurnalistikası sahəsində böyük təcrübəyə malikdir, “Qızıl qələm” mükafatı laureatıdır (2007).

Film ingilis dilində nümayiş olunacaq.

Tarix:17 yanvar 2017-ci il
Saat 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir!

  • facebook (/eventsaz)
  • instagram (@eventsaz)