Yüklənir..
Tədbir haqqında

Bir var normal şənbə günləri, bir də var maraqlı qonaqla ləzzətli çay içərək söhbət etmək fürsətini qazandığınız şənbə günləri.

Bu şənbə o həmin, maraqlı şənbə günlərindən olacaq! 

Çünki bu şənbə, “Çay Saatı”mızın qonağı da maraqlı, peşəkar, incəsənət ruhlu, TV və Radio aparıcısı olan Hüsniyə Məhərrəmovadır. 

Qonağımız bir çox yerdə “Eurovision Hüsniyə” kimi təqdim edilsə də biz onun bir çox uğurlu layihələrdə iştirak etdiyini, apacısı olduğunu göz önünə gətirir, ən son yer aldığı və hal-hazırda da davam edən “5-ci element”in aparıcılarından biri olaraq tanıyırıq.

“Necə maraqlı insandır”, “Kaş yaxından tanısaydım” deməklə yanaşı, TV & Radio & Musiqi və bir çox mövzular haqqında Onunla ətraflı söhbət edib, suallarınıza aydınlıq gətirərkən, Kəklikotulu çayımızdan dadmaq istəyirsinizsə, yolunuzu #HeadwayLD’dən salmağı unutmayın.

İlin ilk “Çay Saatı”nı qaçırmayın! 

İştirak ödənişsizdir.
Yerlər məhdud saydadır.
İştirakınız üçün qeydiyyat formunu doldurmalısınız: https://goo.gl/forms/n1uigJP8hp6k7f2w1
Əlavə məlumat üçün: https://goo.gl/cJQHvV

Tarix: 14 Yanvar
Saat: 18:00
Ünvan: 28 may, Səməd Vurğun bağının yaxınlığı, AF Business House, 5-ci mərtəbə
Əlaqə: 012 599 04 16/055 494 04 16

  • facebook (/eventsaz)
  • instagram (@eventsaz)