Yüklənir..
Tədbir haqqında

Azərbaycanda bir növbəti ilk – Young Business Factory təşkilatçılığı ilə İstanbul 5 !
İSTANBUL`da 7 gün… 16 – 22 İyul 2017
Biz Sənə Bu Yay əylənmək, öyrənmək və qazanmaq şansını veririk…
Bu Şans Gələcək Həyatın üçün ən böyük addım olacaq…
6 böyük Universiteti kəşf et…
 
Koç Universiteti 
1993-ci ildə İstanbulda qurulan Koç Universiteti, qazanc məqsədi güdməyən bir vəqf universitetidir. Koç Universiteti bir Mükəmməllik Mərkəzi olma missiyaları, yüksək istedadlı gənclər ilə əziz müəllimlərini bir araya gətirərək; Elmə universal səviyyədə kömək etməyi məqsəd bilir. Universitet tələbələri ilə məktəbə addım atdıqları ilk andan məzun olduğuan qədər, hətta məzun olduqdan sonra belə daimi dialoq vəziyyətindədir. Koç Universiteti, mükemmeliyet mərkəzi olma perspektivləri istiqamətində və tələbə mərkəzli təhsil anlayışı ilə bu gün təxminən 6000 şagirdə təhsil verir. Humanitar Elmlər və Ədəbiyyat, İqtisadi və İnzibati Elmlər, Təbiət Elmləri, Mühəndislik, Hüquq və Tibb Fakültələri ilə təhsilə xidmət etməkdə olan Koç Universiteti 22 bakalavr, 29 magistr və 25 doktorluq proqramı ilə; Türkiyədə və dünyada elmin inkişafına kömək edir. Koç Universiteti, Türkiyədə müəllim başına ən çox məqalə çap etmə nisbəti malik universitetlərdən biridir.
Niyə Koç Universiteti? Çünki. Fərdi Təhsil Sistemi ilə karyeraya universitetin ilk ilindən etibarən istiqamət almaq olar, Araşdırma imkanları sayəsində müəllimlər ilə işləyib dünya ədəbiyyatına töhfə verə bilər, Universitetin beynəlxalq əlaqələri ilə dünyanın ən yaxşı universitetlərinə gedib bir dövr və ya bir il xaricdə oxuya bilər, Məzun olduğun il, təqaüdlü, tezsiz magistratura proqramlarına davam edə bilər, İki Əsas Sahə Proqramı ilə istədiyin iki hissəsi eyni anda oxuyub iki diplom sahibi ola bilər, Tələbə klubları sayəsində dünya miqyasında təşkilatlara imza atarsınız.
“Beykent Universiteti” ( Tanıtım videosu )
Yetişdirdiyi geniş dünyagörüşlü tələbələr, keyfiyyətli təhsil, beynəlxalq tələbə mübadiləsi proqramları, yüksək məbləğdə təqaüd imkanları ilə Beykent universiteti Avropanın nüfuzlu təhsil ocaqları sırasındadır. Bunlardan əlavə, tələbələr üçün yüksək ixtisaslı professorlardan dərs almaq, rahat yaşayış şəraiti və zəngin sosial aktivliklər təmin edilmişdir.
“Üsküdar Universiteti“
Türkiyənin ilk Davranış və Sağlamlıq elmləri üzrə universitetidir. Neyromarketinq üzrə 2014-cü ildən Türkiyədə təhsil verən İLK və TƏK universitetdir. Türkiyənin yeganə neyropsixiatri xəstəxanas olan NPİstanbul Beyin Xəstəxanası tələbələri yenidəcə praktika imkanı yaradır. Psixilogiya üzrə Magistr Erasmus imkanları təmin edir. 2015 G20 Zirvə görüşündə təqdimatla çıxış edən tək universitetdir.
“Özyeğin Universiteti” 
Türkiyədə və dünyada tələbələrinin qazandığı nailiyyətləri ilə şöhrət qazanmış Özyeğin Universiteti Beynəlxalq Virtual Birja yarışmasında ilin qalibi seçilmişdir. Həmçinin Elm, Sənaye və Turizm Nazirliyinin 2013-cü ildə Sahibkarlıq və yenilikçilik indeksi üzrə Türkiyədə ilk 7-liyə daxil olmuşdur. Həmçinin möhtəşəm kampusu ilə tələbələrin məmnunluğunu qazanmışdır.
“Istanbul Aydın universiteti” 
Istanbulda yerləşən Aydın Universiteti İstanbulda 7 kampusa malik, dünyanın 300`dən artıq universiteti ilə ERASMUS tələbə mübadiləsi proqramını gerçəkləşdirən, həmçinin tələbələrini ikili diplom imkanı ilə təmin edən bir universitetdir.
“Bahçeşehir universiteti” 
Bütün fakültə və ixtisaslarda təhsil olan tələbələrini tam və qismən təqaüdlə təmin edən Bahçeşehir Universiteti ABŞ, Almaniya, Hon-Kong kimi ölkələrdə kampuslara malik olmaqla gələcək kariyerasını uğurla davam etdirmək istəyən şəxslər üçün geniş perspektivlərə sahibdir.
Sizi İSTANBUL`da Nələr Gözləyir?
6 Fərqli Universitet Kampüsü ilə yaxından tanışlıq
Türkiyə təhsil mühitinin və tələbə yaşam tərzinin canlı şahidi olmaq
Universitetlərin təhsil proqramları haqqında geniş məlumat
Avropa və Türkiyə təhsil sistemlərini 6 Universitetdə yaşamaq
6 Universitet kampüsündə hərtərəfli gəzinti
Dərs sistemləri haqqında canlı məlumat əldə etmək
6 Xüsusi mövzuda Workshop
6 Universitetdən 6 Yüksək dərəcəli Proqramda iştirakınızı təsdiqləyən Sertifikat
Akademik və Tələbə heyətləri ilə görüş
Universitet Kampüsündə Nahar
Mərkəzdə 3 ulduz Hoteldə qalmaq ( Old City Viva Hotel )
Hava limanında qarşılama gediş – gəliş
İstanbulun tarixi və dünyaca məhşur ən gözəl yerlərini canlı şəkildə görmək
 
Workshop–Təlimlər Türk dilində keçiriləcəkdir.
Mövzular:
– “Neuromarketing”
– “Media ve reklamcılık”
– “Personal Development and Entrepreneurship”
– “Pazarlama-Marketing ve Marka Yönetimi”
– “Özgüven ve Stress yönetimi”
– “Career Planing” “Time Management”
 
Əlavə olaraq Proqrama daxildir:
– Rahat 3 ulduzlu Oteldə qalınacaq yer
– Gündə 1 dəfə yemək (səhər)
- Hava limanında qarşılama-yola salma
– Gəmiylə səyahət
– Universitetdaxili proqramdan sonra İstanbulun tarixi və dünyaca məhşur ən gözəl yerlərini gəzmək imkanı
– Son gün qeyri-adi məkanda musiqili-əyləncəli Party
Və heç gözləmədiyiniz bol-bol Sürprizlər
“Young Business Factory – İstanbul” layihəsinin ödənişi Sadəcə - 170 euro
İlkin 50 euro ödəniş edib, qeydiyyatdan keçə bilərsiniz.
Qeyd: Bilet və nəqliyyat xərclərindən başqa yuxarıda qeyd olunan hərşey ödənişə daxildir.
Avia Bilet qiymətləri:
Bakı – İstanbul gediş-gəliş birlikdə AZAL ilə 200 dollardır.
Sadəcə 20 iştirakçı, Müsahibə ilə seçiləcək. Deadline: 15 İyun 2017
”Sözsüz ki, həvəskar iş təqdirə layiqdir. Ancaq biz professional fəaliyyətlə məşğuluq.“
971828_526015080801797_1546999200_n
Young Business Factory Facebook page
Ünvanı: Caspian Plaza III korpus, 12-ci mərtəbə
Online olaraq qeydiyyat LİNKİ
Məlumat və rezerv üçün əlaqə nömrələri:
Tel: (012) 492 36 67
Mob: (055) 373 50 66
Email: info@ybf.az
  • facebook (/eventsaz)
  • instagram (@eventsaz)