Yüklənir..
Tədbir haqqında

Skriptonit qrupu Bakıda! Skriptonit təxəllüslü Adil Oralbekoviç Jalelov Qazaxıstanlı reper və bitmeykerdir. O, 3 iyun 1990-cı ildə Lenin qəsəbəsində (Pavlodar yaxınlığında) dünyaya gəlib. 11 yaşında replə maraqlanır, 15 yaşında uşaq problemləri, məktəb və dostlara həsr edilmiş ilk treklərini bəstələməyə başlayır. İlk uğuru 18 yaşında (2009-cu il) qazanır və dostu (Niman) ilə birlikdə “JILLZ” adlı qrupu yaradır. Skriptonit və Nimandan başqa heyətdə daha 4 nəfər var. Özünün rep qrupunu yaratmaqla gənc ifaçı daha çox rep yaradıcılığı ilə məşğul olmağa başladı. Elə həmin vaxt Skriptonit qəti şəkildə qərar verdi ki, eyni üslublu treklərdən fərqli yeni bir şey yaratmaq lazımdır. 27 fevral 2014 tarixində Skriptonitin bu leyblın iştirakçısı olduğu xəbəri yayıldı. Adil özü etiraf edir ki, 2014-cü il onun həytında və karyerasında dönüş nöqtəsi olub. Adil Gazgolder-lə müqavilə imzalayana qədər bir neçə sinql buraxıb və fanat ordusu yığıb.

  • facebook (/eventsaz)
  • instagram (@eventsaz)