Yüklənir..
Tədbir haqqında

Heydər Əliyev Sarayı daha bir yeni layihə təqdim edir. “Məşhurlar və övladları” adlı konsert proqramı sentyabrın 23-də baş tutacaq.
İlk dəfə keçiriləcək layihədə Respublikanın Xalq artistləri Şahnaz Haşımova – oğlu Tural Abdullayev, Gülyaz Məmmədova – oğlu Ramazan Şərifzadə, Ramiz Novruz – oğlu Cavidan Novruz, Fidan Hacıyeva – oğlu Emin Çarlz, Şəfiqə Eyvazova – qızı Mehri Əsədullayeva, Əməkdar İncəsənət xadimi Aqil Məlikov – oğlu Hüseyn Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova – qızı Çilənay Bədəlova, Elza Seyidcahan – oğlu Ələkbər Qasımov, Lalə Məmmədova - Nərgiz Qafarova, Aşıq Ulduz – qızı Sədaqət Ulduz, tanınmış müğənnilər Könül Kərimova – oğlu Rəşad Məmmədov, Aşıq Zülfiyyə - oğlu Babək Quluzadə, Rüfət Axundov – oğlu Məhəmmədəli Axundov, Emil Bədəlov – qızı Səadət Bədəlova, Elxan Qaraxanoğlu – oğlu Ayxan Şirinov, Rəna Talıbova – oğlu Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər.
Layihənin xüsusi qonaqları qismində Xalq artisti Faiq Ağayev, Əməkdar artist Aybəniz Haşımova, Nadir Qafarzadə və Vüqar Əbdülov (meyxana) çıxış edəcəklər.
Saat 19:00 –da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.
Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30

  • facebook (/eventsaz)
  • instagram (@eventsaz)