Yüklənir..
Tədbir haqqında

Caspian PlatForum məmnuniyyətlə, növbəti ictimai mühazirəni elan edir. Bu dəfə, tanınmış PR mütəxəssisi Azər Nəzərov Böhran zamanı ortaya çıxan PR və kommunikasiya problemləri və mümkün həll yolları mövzusunda çıxış edəcək. 

Mühazirə 20 iyul, 2017-ci il tarixdə, cümə axşamı, saat 19:00-da başlayacaq. Mühazirə giriş hissəsindən və sual-cavab hissəsindən ibarət olacaq. Giriş sərbəstdir. Ünvan: Cəfər Cabbarlı küçəsi, Caspian Plaza, 1-ci blok, 8-ci mərtəbə

Azər Nəzərov Azərbaycanda Azərbaycan Media Mərkəzi, Avrasiya fondu, Qərb Universiteti, Gürcüstan İctimai İşlər İnstitutu, Azərfon MMC, Burson-Marsteller, WAMU 88.5. (Vaşinqtonda İctimai Radio), PreMark PR və Media Məsləhətçilik Xidməti, GSR.fm, 724news.az, Kishimagazine.az, Pro Media School kimi müxtəlif yerli və beynəlxalq biznes və PR təşkilatları ilə əməkdaşlıq edib.
Müasir media idarəçiliyinin və alətlərinin böhran zamanı İctimaiyyətlə Əlaqələrin formalaşmasında rolu mövzusuna dair ABŞ-ın nüfuzlu Washington Post, CNN, NPR, Aljazeera Amerika, New York Times, Baltimore Sun, WTOP Radiosu, WAMU radiosu, Buzzfeed, Crosby management kimi media və PR qurumlarında araşdırma aparıb.
Azər Nəzərov 2015/2016 il üzrə Fulbright/Hubert H. Humphrey təqaüdü ilə ABŞ-ın Maryland Universitetinin Media və Kommunikasiya üzrə proqramının məzunudur.

  • facebook (/eventsaz)
  • instagram (@eventsaz)