Yüklənir..
Tədbir haqqında

Payız incəsənət adamlarının ən çox sevdikləri mövsümdür. İlin bu fəslinə xas olan al-əlvan rənglər Port Baku Mall-u ART Payız sərgisinin təşkilinə sövq etdi. ART Payız sizi 5 tam fərqli aləmə qərq olmağa imkan yaradır. Art festival çərçivəsində Port Baku Mall-da aşağıda qeyd olunan sərgilər keçiriləcək: - 3 - 11 sentyabr rəssam Nazim Məmmədovun xatirəsinə həsr olunmuş sərgi; - 17 sentyabr - 2 oktyabr Afət Bağırovanın - Retrospektiv sərgisi; - 8 - 23 oktyabr tanınmış fotoqraf Orxan Aslanovun - My Azerbaijan adlı sərgisi; - 29 oktyabr - 9 noyabr İrina Eldarovanın - NEFT=HOLLIVUD=GÜC adlı sərgisi; - 12 - 27 noyabr Pərviz Hüseynovun və İrina Qundorinanın - 961,8°C adlı sərgi. Festivalın iş rejimi: 3 sentyabr - 27 noyabr, saat 10:00-dan 22:00-dək. Giriş pulsuzdur.

  • facebook (/eventsaz)
  • instagram (@eventsaz)