Bakıda keçirilən "Jara" festivalı başa çatdı-Fotolar

  • 11/07/2016 00:00

  • 1993

Yüklənir..

İyulun 10-da Xəzərin sahilində, "Sea Breeze” istirahət mərkəzində keçirilən "JARA” Beynəlxalq Musiqi Festivalı başa çatıb.

Events.az Buro247-ə isitnadən bildirir ki, qırmızı xalının üzərindən keçən musiqiçilər, eləcə də festivalın təşkilatçıları pərəstişkarları ilə fotolar çəkdirib, jurnalistlərin suallarını cavablandırıblar. Qonaqlar Bakı şəhəri, onun görməli yerləri, şəhər sakinləri və Azərbaycan mətbəxindən valeh olduqlarını bildiriblər, festivalın ilk gününün konserti barədə təəssüratlarını bölüşüb, festivalın əhəmiyyətini, yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər. Festivalın fəxri qonaqları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da var idi.

Festivalın ikinci günü səhnədə Anna Sedokova, Ciqan, Filip Kirkorov, Səmra Rəhimli, "Arsenium", "Serebro" qrupları, Emil Kadırov, Denis Klyaver, Mitya Fomin, Tünzalə Ağayeva, Stas Mixaylov çıxış ediblər. Daha sonra Emin, Keti Topuriya, Nikolay Baskov, Loboda çıxış ediblər.

Festivalın sonuncu günündə dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə Qriqori Leps, Emin, Nikolay Baskov və Aleksey Vorobyov "Sinyaya veçnost" mahnısını ifa ediblər.

Qeyd edək ki, festivalın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festival Bakıda hər il keçiriləcək. Gələn il festival artıq üç-dörd gün davam edəcək, artistlərin və çıxışların sayı da artacaq.

  • instagram (@eventsaz)
  • facebook (/eventsaz)