“Yazaq,çəkək, montajlayaq,göstərək” layihəsinin bağlanış mərasimi baş tutdu

  • 163

Yüklənir..

 

Azərbaycan Respublikasi Prezidenti yaninda Gənclər Fondunun dəstəyi ilə 27.10.2016-cı il tarixində Sabunçu rayon Gənclər Evində “Yazaq,çəkək, montajlayaq,göstərək” layihəsinin bağlanış mərasimi baş tutub .

Həyata keçirilən layihənin əsas məqsədi gənclərə ssenari yazmaq,operatorluq,montaj və rejissorluq kimi bacariqları aşilamaq,gənclərin birgə komanda şəkilində işləmək bacariqlarinin formalaşdirilmasidir. Hər istiqamətdə təlimlərin keçirilməsinə təcrübəli mütəxəssislər cəlb olunmuşdur.Təlimlrdə iştirak edən gənclərin hazirladiqlari bir ssenari əsasinda, operatorluq təlimlərində iştirak edənlər çəkilişlər aparib və montaj-rejissorluğu təlimində olan gənclər bu xam çəkiliş materiallarindan videoçarx hazirlayiblar. Hazirlanan bu video-çarx nümayiş olunub.

Layihə rəhbəri Orxan Cəfərov və rejissor Çavanşir Eladisoy tərəfindən qaliblər müəyyən olunub. I yerə “Mühakimə” adlı çarx layıq görüldü Bəşirova Arzu, Ağayevə Aytən, Misirov Zaur. Təlim alan gənclər birləşib bir işçi qruplarinda gələcək fəaliyyətlərini davam etdirəcəklər – bir ssenarist, bir operator və bir montaj-rejissoru. Sonda qaliblərə və təlimlərdə fərqlənmiş gənclərə Gənclər Fondu adindan hədiyyələr təqdim olunub.

  • instagram (@eventsaz)
  • facebook (/eventsaz)