Bakıda Türk Filmləri həftəsi keçirilir

  • 22/11/2016 18:00

  • 628

Yüklənir..

Noyabrın  22- də  Nizami Kino Mərkəzində Türkiyənin Mədəniyyət və Turizm  Nazirliyinin    Baş Kino şöbəsinin, Türkiyənin Azərbaycandakı səfirliyinin,  TİKA agentliyinin, Yunus Əmrə cəmiyyətinin  təşkilatçılığı və Nizami Kino Mərkəzinin  dəstəyi ilə  “Türk  Filimləri Həftəsi –Bakı”nın açılış mərasimi  keçirilib.

  Açılış mərasimində  Türkiyə səfirliyinin və türk kinematoqrafiyasının  nümayəndələri iştirak edəcək.

 Açılış mərasiminin  rəsmi hisssindən sonra “Kalandar Soğuğu” bədii filmi nümayiş olunub.

         Xatırladaq ki,  Film  Həftəsi  ərzində   noyabrın  23-də saat   15:10 “Kalandar Soğuğu”, 20:10   “Deliormanlı”, noyabrın 24-də saat 15:00-da “Son Mektup”,19:30-da “Birleşen Yollar”,  noyabrın 25-də saat 15:00-da  “Birleşen Yollar”, 19-30-da rejissor Ahmet Sönmezin  “Elveda Katya” və  noyabrın  26-da  saat 15:00 rejissor Özhan Erenin “ Son Mektup” bədii filmləri  şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

         Nümayişlərə giriş sərbəstdir.

  • instagram (@eventsaz)
  • facebook (/eventsaz)