Hüquqların haqqında bil! layihəsi başladı

  • 35

Yüklənir..

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Dövlət Universitetinin Dəniz və Enerji hüququ üzrə magistratura pilləsində təhsil alan Eldanə Əliyevanın rəhbərliyi ilə Hüquqların haqqında bil! layihəsinə start verildi. 

Layihənin əsas məqsədi yeniyetmə şagirdlərə hüquqları və vəzifələri haqqında ən zəruri məlumatları çatdıraraq onların cəmiyyətdə sərbəst və özünəinamlı şəkildə davranmaları üçün şərait yaratmaqdır.

Layihə çərçivəsində Bakı şəhəri Fizika Riyaziyyat İnformatika təmayüllü liseyin 8-ci 9-cu sinif şagirdlərinə əsas etibarilə Uşaq hüquqları olmaqla müxtəlif hüquqi mövzular barədə təlimlər keçirilməsi, həmin mövzular çərçivəsindəki anlayışlar barədə şagirdlərə lazımlı məlumat verilməsi nəzərdə tutulmuşdur. Keçirilən təlimlərdən sonra qruplara bölünmüş şagirdlər araşdırılan problemləri digər komandalar qarşısında təqdim edəcəklər. Layihə gedişatında hüquqi biliklərin öyrədilməsi ilə yanaşı təqdimatlar zamanı şagirdlərə debat, çıxış qabiliyyəti və verilən suallara dolğun cavab vermək vərdişləri də aşılanacaq. Daha sonra təlimlərin keçirilmə səviyyəsinin və şagirdlərin bilikləri mənimsəmə dərəcəsinin öyrənilməsi üçün şagirdlər arasında  25 suallıq test imtahanı keçiriləcək və suallara daha çox doğru cavab vermiş ilk 3 yeri tutan şagirdlər diplom və hədiyyələrlə, digər şagirdlər isə sertifikatla təltif ediləcək.

  • instagram (@eventsaz)
  • facebook (/eventsaz)