Oğlan evi 2 filmi təqdim olundu

  • 30/11/2016 22:00

  • 202

Yüklənir..

Bu gün Nizami Kino Mərkəzində Oğlan evi 2 filminin təqdimatı olub. 

Events.az Teleqraf-a istinadən xəbər verir ki, filmin rejissoru İlham Qasımov, baş rolun ifaçıları Elcan Rəsulov, Nicat Rəhimov, Hüseyn Əzizoğlu, Qurban Məsimovdur. 

Nicat Rəhimov film üçün çəkilən əziyyətin yerdə qalmayacağına inandığını deyib. Elcan Rəsulov bu dəfə filmdə dostlarıyla maşın oğrularının fırıldağına tuş gəldiyini dilə gətirib. İlk dəfə peşekar aktyor və rejissorla çalışdığını deyən Hüseyn Əzizoğlu tamaşaçıları maraqlı ekran əsərinə baxmağa dəvət edib. Filmin ssenari müəlliflərindən biri olan Dj Fateh bu filmdə yeni hekayədən bəhs etdiklərini dilə gətirib: İnanın, bu hekayə ilə bağlı nə danışmaq mümkün idisə onu 100 dəqiqəlik ekran işində nəql etmişik.

Filmin süjet xəttinə görə, cənubi  azərbaycanlı Pərvaz Müstəvi Bakıda toy təşkili ilə məşğul olmaq qərarına gəlir. Atasından yadigar qalan bahalı raritet maşını kirayə vermək üçün İrandan Bakıya gətirəndə onu  yolda oğurlayırlar. Maşını itirdikdən sonra müflis olacaqları təhlükəsilə üzləşən Pərvaz və şəriki Yavər ölkənin ən amansız avtomobil fırıldaqçıları ilə tanış olurlar. 

  • instagram (@eventsaz)
  • facebook (/eventsaz)