Hüquqların haqqında bil! layihəsi başa çatdı

  • 02/12/2016 22:00

  • 98

Yüklənir..

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Dövlət Universitetinin Dəniz və Enerji hüququ üzrə magistratura pilləsində təhsil alan Eldanə Əliyevanın rəhbərliyi ilə Hüquqların haqqında bil! layihəsinə yekun verilib. 

Layihənin əsas məqsədi yeniyetmə şagirdlərə hüquqları və vəzifələri haqqında ən zəruri məlumatları çatdıraraq onların cəmiyyətdə sərbəst və özünəinamlı şəkildə davranmaları üçün şərait yaratmaq olmuşdur.

Layihə çərçivəsində Bakı şəhəri Fizika Riyaziyyat İnformatika təmayüllü liseyin 8-ci, 9-cu sinif şagirdlərinə əsas etibarilə Uşaq hüquqları olmaqla müxtəlif hüquqi mövzular barədə təlimlər keçirilməsi, həmin mövzular çərçivəsindəki anlayışlar barədə şagirdlərə lazımlı məlumat verilməsi nəzərdə tutulub.

Keçirilən təlimlərdən sonra qruplara bölünmüş şagirdlər araşdırılan problemləri digər komandalar qarşısında təqdim etmişlər. Layihə gedişatında hüquqi biliklərin öyrədilməsi ilə yanaşı təqdimatlar zamanı şagirdlərə debat, çıxış qabiliyyəti və verilən suallara dolğun cavab vermək vərdişləri də aşılanıb.

Daha sonra təlimlərin keçirilmə səviyyəsinin və şagirdlərin bilikləri mənimsəmə dərəcəsinin öyrənilməsi üçün şagirdlər arasında  12 suallıq açıq və qapalı tipli nümunələr olmaqla test imtahanı keçirilmiş və suallara daha çox doğru cavab vermiş ilk 3 yeri tutan şagirdlər diplom və hədiyyələrlə, digər şagirdlər isə sertifikatla təltif edilib.

  • instagram (@eventsaz)
  • facebook (/eventsaz)