Qırmızı Kitabı Qalınlaşdırmayaq! layihəsi başa çatdı

  • 10/12/2016 20:00

  • 469

Yüklənir..

Qırmızı Kitabı Qalınlaşdırmayaq! layihəsi başa çatıb. Bağlanış mərasimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2 nömrəli korpusunda keçirilən layihədə iştirak edən komandalar ekoloji mövzular üzrə təqdimatlar nümayiş etdirib və münsiflər heyyəti ən yaxşı üç komandanı qalib olaraq elan edib.  Layihədə fəallıqla iştirak edən hər bir iştirakçı sertifikatla təltif olunub.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı Layihələr Departamentinin Təşkilatçılığı ilə keçirilən layihədə ekologiya haqqında təlimlər, ekoturlar və digər maraqlı fəaliyyətlər keçirilib. Layihənin ilkin mərhələsində AARC (Azerbaijan Animals Rescue Center)-ye eko- tur təşkil olunub. Və bu eko -turda universitetimizin 70 nəfər tələbəsi iştirak etmişdir.  Keçirilmiş layihələrlə bağlı məlumat verən mərkəzin direktor köməkçisi Vüsalə xanım qeyd edib ki:

“AARC (Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi və Baytar Klinika) 2009-cu ildə Bakıda yaradılan ilk heyvan xilasetmə mərkəzidir. Biz sağlam heyvanların ölümünə qarşı olan bir sığınacaq kimi fəaliyyət göstəririk. AARC mərkəzinin yaradılmasında əsas məqsədlərdən biri də sahibsiz heyvanların artımını azaltmaq, tibbi yardıma ehtiyacı olan heyvanları müalicə edib öz sağlamlıqlarına qovuşdurmaq və nəhayət onların öz isti yuvalarını tapmaqlarına yardım etməkdir”. 

Layihəsinin sonrakı günlərində iştirakçılar ekologiya üzrə mütəxəsislərlə görüşmüş,ekologiya sahəsi ilə bağlı məlumatlar əldə ediblər. Həmçinin, tələbələr Caspian Ecology 2016 - Beynəlxalq ətraf mühit  sərgisi və konferansında iştirak ediblər.  Layihənin ikinci mərhələsində Ümumdünya Təbiəti Mühafizə Fondunun rəhbəri  Elşad Əsgərovun təqdimatında keçirilən təlim tələbələrin daha da marağına səbəb olub.

  • instagram (@eventsaz)
  • facebook (/eventsaz)