Yüklənir..

Natəvan Həbibi

Natəvan Həbibi 20 may 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 

Daha sonradan Azərbaycana köçüb. Röya Ayxan və Elnarə Xəlilova ilə birlikdə "W-Trio" qrupunda oxumağa başlayıb. Qrup dağıldıqdan sonra solo karyeraya başlayır. Uzun müddət Aygün Kazımovanın bek-vokalı olub. 2008-ci ildə İzzət Bağırov ilə birlikdə "Ayrılıq imiş" filmində çəkilib. 2009-cu ildən sonra "Səni sevən mənəm", "Təyyarələr" və s. hitləri ilə hitparadlarda yüksək yerlərə qalxıb. 

2010-cu ildə Xəzər TV-də veriliş aparıcısı olub. 2011-ci ildə Azərbaycanı "Turkvision" müsabiqəsində təmsil edib.