Yüklənir..

Roza Zərgərli

Roza Zərgərli 1979-cu il martın 27-də Rusiya Federasiyasının Tümen vilayətinin Labıtnangi şəhərində, hərbçi ailəsində anadan olub. 

Musiqiyə uşaqlıqdan həvəs göstərib. Musiqi ifa etməyi öyrəndiyi ilk alət akkardion olub. Daha sonra fortepiano sinfinə daxil olub, yeddi illik musiqi məktəbini dörd ilə bitirib. Musiqi Texnikumunda təhsil almağa başlayıb, buradakı təhsilini fərqlənmə diplomu ilə başa vurub. Musiqi Akademiyasında təhsilini davam etdirib, buradan da vokal ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olub. Bundan sonra İncəsənət universitetində təhsil alıb və 2007-ci ildə buranı rejissorluq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

İki albom çıxarıb, yeddi klip çəkdirib.