Yüklənir..

Zamiq Hüseynov

Zamiq Hüseynov 12 sentyabr 1983-cü ildə Füzuli şəhərində dünyaya göz açıb. 1987-ci ildən ailəsi ilə birgə Bakı şəhərinə köçüb. 2001-ci ildə 53 saylı orta məktəbi bitirib. 2001-2004-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunda xanəndəlik sinfində Zabit Nəbizadədəm dərs alıb. Bundab sonra onun ilk mahnısı olan "Dəymərəm Qəlbinə" mahnısı çıxıb.
 
 
Zamiq ilk dəfə olaraq 2004-cü ildə Azərbaycan Televiziyasının verilişində efirə çıxıb. Onun ilk albomu olan "Uçduq" Zamiqi çox populyarlaşdırıb. Albomun ən uğurlu mahnısı eyniadlı trek oldu. "Uçduq" mahnısına klip də çəkildi. Bundan sonra Zamiqin uğuru davam etdi. 2008-ci ildə çıxan "Sən necə də gözələsən" mahnısı Azərbaycan çartlarında birinci yerləri tutdu. 2011-ci ildə Zamiq Çingiz Mustafayev ilə mahnı yazdırır və bu mahnıya klip çəkilir. Hal-hazırda Zamiq Azərbaycanın ən populyar kişi müğənnilərindən biridir.