Yüklənir..

Zülfiyyə Xanbabayeva

Zülfiyyə Güloğlan qızı Xanbabayeva 16 oktyabr 1967-ci ildə Bakı şəhərində anadan olub. 

1994-cü ildə Zülfiyyə Vaqif Gərayzadənin "Aypara" qrupunda iştirak etmişdir. Qrupdan ayrıldıqdan bir müddət sonra Zülfiyyə solo karyerasına başlamışdır. 2005-ci ildə "Canım məmlətim " adı altında Azərbaycanın dilbər güşələrinə öz konsert proqramları ilə turneyə çıxmışdır. İndiyə kimi Zülfiyyənin 14 klipi və 5 albomu işıq üzü görüb. 2003-cü ildə Zülfiyyə Azərbaycan Respublikasının Əməkdar Artisti adına layiq görülüb. 
 
2008-ci il 17 sentyabr tarixindən isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Xalq Artisti adına layiq görülüb.