Yüklənir..

Gəncə

 Azərbaycanın üçüncü böyük və ən qədim şəhəridir. 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılmış, 1918-ci ildə Gəncə adı yenidən bərpa edilsə də 22 fevral 1935-cü ildə dəyişdirilərək şəhər Kirovabad adlandırılmışdır. 1989-cü ildə Gəncə adı bərpa edilmişdir. 24 yanvar 1939-cu ildən respublika tabeli şəhərdir.
 
Ərazisi 110 km², əhalisinin sayı 323.5 min nəfərdir. Şəhər əhalisinin orta sıxlığı isə 2985 nəfər/km² təşkil edir.
 
Şəhər Gəncə çayı, Kür çayının cənubunda kənd təsərrüfatı cəhətdən zəngin bir ərazidə yerləşir. Gəncə uzun müddət Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmuşdur.
 
Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti kimi ali təhsil məktəbləri, AZVAPA Proqramlaşdırma və Təhsil Mərkəzi bu şəhərdə yerləşir.