Yüklənir..

“Şahdağ” Turizm Mərkəzi

 Əsrlər boyu Azərbaycanın şimal-şərq hissəsi Avropa və Yaxın Şərq arasında qapı funksiyasını yerinə yetirib.

Burada – möhtəşəm Qafqaz Dağlarının kölgəsində kəşf edilməmiş gözəlliklər gizlənir.

Qədim buzlaqlar, dərin dərələr, heyrətamiz dağ gölləri və kanyonlar, bitki və heyvanlar aləminin ekoloji  xəzinəsi… Bu, bütün cəh-cəlalı ilə Şahdağdır!

İl boyu idmanla məşğul olmaq və istirahət etmək üçün çox əlverişli iqlimi olan Şahdağın -20°C soyuq qışı +20°C isti yay axşamları ilə əvəzlənir.

Bu müqayisə olunmaz məkanda regionun ən böyük xizək kurortu, dünyanın isə ən böyük milli parklarından biri yerləşir.

Heyrətamiz dərəcədə gözəl, sanki zamandan gizlədilmiş cənnət olan Şahdağ insanlara unudulmayacaq təəssüratlar bağışlayır.

width=221

Dağ silsilesi

Böyük Qafqaz dağ silsiləsinin zirvələrindən biri sayılan Şahdağ dağı Rusiya ilə sərhədə yaxın olan Qusar rayonu ərazisində yerləşir.

Şahdağ zirvəsinin hündürlüyü dəniz səviyyəsindən 4,243 m-dir.

Zirvə ilk dəfə 1892-ci ildə rus alpinist  və topoqrafı  Andrey Pastuxov tərəfindən fəth olunmuşdur.

Burada 9000 il əvvəl yaşayış olduğunu sübut edən qədim insan məskənləri tapılmışdır.

Bu iddialı inkişaf proqramı üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi məsuliyyət daşıyır. İl boyu  istirahət və dünya standartlarına uyğun keyfiyyətdə xidmət təklif edəcək “Şahdağ” Turizm Mərkəzinin yaradılması proqram daxilində nəzərdə tutulmuş ən böyük layihədir.

Turizm mərkəzi Azərbaycanın ən gözəl regionlarından birində, Qusar şəhərinin 25 kilometrliyində yerləşir.

Qonaqlar turizm mərkəzinin ərazisində dəbdəbəli hotellərdə, fərdi kənd evlərində, kotteclərdə və hətta, yay mövsümündə çadırda gecələmək kimi  müxtəlif istirahət növləri arasında seçim edə bilərlər.

Qış mövsümü ərzində müxtəlif səviyyəli xizəkçilərin öhdəsinə 19 ədəd yamac veriləcək. Peşəkar xizəkçilik məktəbi və xizəklərin icarəsi mağazasında qonaqların hər bir ehtiyacını qarşılamaq üçün hər cür ləvazimat və məsləhət təklif ediləcək. Ən son  texnologiyalı qar aparatı ilə təchiz olunmuş müasir xizək məntəqələri il boyu mükəmməl qar şəraitini təmin edəcək.

Digər qış idman əyləncələrinə aeroxizək sürmə, kanatla dağa qalxma, qarda sürüşmə, tübinq və uşaqlar üçün qar parkı daxildir. İsti yay aylarında dağda velosiped, tronttinet sürmə, kanatla dağa qalxma, at sürmək, kvadrosikllərdə gəzinti, peyntbol, Bob Kart, ziplayn və daha bir çox əyləncələrdən istifadə etmək mümkün olacaq. Balacalar üçün də uşaq klubu və şardan qalalar, eləcə də başqa əyləncələr təşkil olunacaq.

Layihənin gedişatında istirahət zonasına həmçinin, qolf, tennis, futbol və basketbol meydançaları, eləcə də akvapark, üzmə hovuzları, spa və əyləncə məkanlarının da daxil edilməsi planlaşdırılır. İstirahət mərkəzinin əsas ticarət kompleksində bir sıra geyim dükanları, restoranlar və geniş yeraltı avtodayanacaq istifadəçilərin xidmətinə təqdim olunacaqdır.