Yüklənir..

Tufandağ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 03.01.2014- cü il tarixdə Qəbələ rayonunda yerləşən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin rəsmi açılışını etmişdir. İstirahət mərkəzi dağ turizminə verilən müasir tələblər səviyyəsində qurulmuş, mənalı və əyləncəli istirahət üçün tələb olunan lazımi infrastruktur vasitələri ilə təmin edilmişdir. Açılışı olduğu gündən fəaliyyətə başlayan kompleks bir həftə müddətində turistlərə və qonaqlara ödənişsiz xidmət göstərmişdir. İstirahət etmək istəyənlərə Kanat xətlərində gəzinti, Xizək yollarında sürüşmək kimi maraqlı və əyləncəli xidmətlər göstərməkdə davam edirik. Turistlər Kanat xətlərindən istifadə etməklə Böyük Qafqazın Tufandağ silsiləsinin yüksəkliklərinə səyahət etmək imkanı qazanacaqlar. İstirahət zamanı onlar restoran və kafe xidmətlərindən yararlana, Qəbələ şəhərində mövcud olan hotellər kompleksində dincələ bilərlər. Kompleksimiz turistlərə münasib və sərfəli qiymətlərlə xidmətlər təklif edir. Daimi müştərilərimizə güzəştli endirim paketləri təqdim ediləcəkdir.