Загрузка ..
O Mероприятии

AWITA 2017 - AZERBAIJAN WOMEN in IT AWARD
AZƏRBAYCANDA İT SAHƏSİNDƏ
QADINLARIN ƏLDƏ ETDİYİ UĞURLU İNNOVASİYANIN TANINMASINA HƏSR OLUNMUŞDUR.

Məkan: Beynəlxalq Muğam Mərkəzi
Tarix: 26.01.2017
Saat: 18:00
Təltifolunma mərasimində iştirak yalnız dəvətnamə ilə mümkün olacaq!

Münsiflər:
1. Fariz İsmailzadə - Xarici əlaqələr, Dövlət və Tələbə İşləri üzrə Rektor, ADA Universiteti
2. Emin Musəvi – Direktor, ASAN Radio
3. Mövlan Paşayev – PricewaterhouseCoopers, Ölkə üzrə Tərəfdaş Menecer AMCHAM İdarə Heyətinin üzvü
4. İlham Namazov – Baş Direktror, Cybernet
5. Osman Gündüz – Xeberler.az, Təsisçi və Azərbaycan İnternet Forumunun Prezidenti
6. Mushviq Məmmədov – Kaspersky Lab, Ölkə təmsilçisi -
7. Məhəmməd Zülfüqarlı – ULTRA Technologies, Biznes Xidmətlər Qrupunun Rəhbəri
8. Sərxan Həşimov – Microsoft Azerbaijan, Ölkə üzrə Menecer
9. İqbal Babayev - AzPMA , Təsisçi və Prezident
10. Dmitriy Andrianov – Infocity, Direktor
11. Rövşən Əkbərov – HP Enterprise, TSC Pursuit Rəhbəri və İnformasiya Sistemləri üzrə Arxitektor
12. Telman Əliyev – CEIBC, Baş Direktor və Birinci Müavin
13. Fərid İsmayılzadə – GoldenPay şirkətinin Baş Direktoru, AMCHAM İdarə heyətinin üzvü
14. Nuri Əhmədov – NETTY mükafatı laureatı – « Yerli informasiya texnologiyalarının inkişafına töhfəsinə görə»
15. Ramin Musayev – Autograph.az-ın Direktoru, QarajPro-nun PR Direktoru
16. Rasim Baxşi – Lenovo, Fərdi Sistemlər Qrupunun rəhbəri
17. Bəhruz Hidayətzadə – Baş direktor, Caspian Event Organisers
18. Çingiz Səfərov - Sahibkar, Safaroff Creative Agency
19. İlya Kravtsov - IBM Azərbaycan ofisinin rəhbəri

TƏDBİR HAQQINDA MƏLUMAT VƏ NOMİNASİYA ŞƏRTLƏRİ:

Azərbaycan Qadını İT-də Mükafatlandırması Azərbaycanda texnologiya sahəsində mövcud olan gender bərabərsizliyi ilə mübarizəyə həsr olunmuş ən böyük tədbirdir. Bu, qadınların texnologiya sahəsində əldə etdikləri uğurların və tətbiq etdikləri innovasiyaların nümayiş etdirilməsi, yeni vəzifə modellərinin müəyyən edilməsi və İT sektorunda təsiredici qüvvəyə malik tərəflər arasında şaxələndirmə ilə bağlı gələcək dialoqların təşviq edilməsi vasitəsi ilə həyata keçirilir.
Azərbaycan Qadını İT-də Klubu, “Femmes Digitales” tərəfindən təşkil edilmiş Azərbaycan Qadını İT-də Mükafatlandırması tədbiri ticarət assosiasiyalarından, siyasətçilərdən və hər miqyasda və sektorda fəaliyyət göstərən şirkətlərdən tam dəstək əldə etmişdir.
Bu Mükafat sektordakı peşəkar nailiyyətləri və əhəmiyyətli nəticələri qiymətləndirməklə, İT sahəsində qadınların mükəmməlliyini tanıyır və qeyd edir.
Femmes Digitales öz fəaliyyətinin birinci ilində Azərbaycanın İT sektorunda nüfuzlu fiqura çevrilmiş istedadlı və lider qadınların uğurlarını tanıyır və təbrik edir. Bu mükafat eyni zamanda bu sektorda sürətlə inkişaf edən, yəni fəaliyyəti böyük əhəmiyyət kəsb etməyə başlayan və İT sahəsində xidmət göstərən, iş yerlərində gender qeyri-bərabərliliyinin azaldılması istiqamətində çalışan xanımları tanıyır.
3 ilə yaxındır ki, Femmes Digitales klubu qadınların İT sahəsindəki rolunu diqqətlə izləyir. Mükafat İT sahəsindəki qadınların peşəkar uğurlarını təşviq edən və tanıyan proqramı təmin edir.
Proqramın bir hissəsi kimi münsif panelini, təchizatçını, distributoru və aralıq satıcıları təmsil edən nüfuzlu icra qrupu seçilmişdir.
Üzvlük üçün namizədlik işçi, sahibkar, biznes partnyoru və yaxud sizin özünüz tərəfindən təqdim edilə bilər.
Qaliblər 26.01.2017 tarixdə 15 kateqoriya üzrə mükafatların təqdim edilməsi üçün təşkil edilmiş nahar mərasimində elan ediləcək.
AWITA-2017 Azərbaycanda texnologiyanın şaxələndirilməsinə xidmət edən ən böyük tədbirdir. Azərbaycanın İT sahəsindəki ən nüfuzlu 100 lideri bu tədbirdə toplaşacaq.
Bu tədbir son 12 ay və yaxud daha uzun müddət ərzində qadınların texnologiya sahəsində əldə etdikləri uğurları və innovasiyaları nümayiş etdirəcək, yeni vəzifə modellərini müəyyənləşdirəcək və sektorun aparıcı qüvvələri arasında əlaqələrlə bağlı gələcək dialoqların keçirilməsini təşviq edəcək.
Azərbaycan Qadını İT-də Mükafatlandırması Azərbaycanda texnologiya sahəsində mövcud olan gender bərabərsizliyi ilə mübarizəyə həsr olunmuş ən böyük tədbirdir. Bu, qadınların texnologiya sahəsində əldə etdikləri uğurların və tətbiq etdikləri innovasiyaların nümayiş etdirilməsi, yeni vəzifə modellərinin müəyyən edilməsi və İT sektorunda təsiredici qüvvəyə malik tərəflər arasında şaxələndirmə ilə bağlı gələcək dialoqların təşviq edilməsi vasitəsi ilə həyata keçirilir.
Azərbaycan Qadını İT-də Klubu, “Femmes Digitales” tərəfindən təşkil edilmiş Azərbaycan Qadını İT-də Mükafatlandırması tədbiri ticarət assoasiyalarından, siyasətçilərdən və hər miqyasda və sektorda fəaliyyət göstərən şirkətlərdən tam dəstək əldə etmişdir.
Bu Mükafat sektordakı peşəkar nailiyyətləri və əhəmiyyətli nəticələri qiymətləndirməklə, İT sahəsində qadınların mükəmməlliyini tanıyır və qeyd edir.
Femmes Digitales öz fəaliyyətinin birinci ilində Azərbaycanın İT sektorunda təsiredici fiqura çevrilmiş istedadlı və lider qadınların uğurlarını tanıyır və təbrik edir. Bu mükafat eyni zamanda bizim sektorda sürətlə inkişaf edən, yəni böyük əhəmiyyət kəsb etməyə başlayan xanımları və İT sahəsində xidmət göstərən iş yerlərində gender fərqliliyinin azaldılması istiqamətində çalışan xanımları tanıyır.
3 ilə yaxındır ki, Femmes Digitales klubu qadınların İT sahəsindəki rolunu inamla izləyir. Mükafat İT sahəsindəki qadınların peşəkar uğurlarını təşviq edən və tanıyan proqram təmin edir.
Proqramın bir hissəsi kimi münsif panelini, təchizatçını, distributoru və aralıq satıcıları təmsil edən nüfuzlu icra qrupu seçilmişdir.
Üzvlük üçün namizədlik işçi, sahibkar, biznes partnyoru və yaxud sizin özünüz tərəfindən təqdim edilə bilər.
15 mükafatlandırma kateqoriyası üzrə qaliblər 2017-ci il yanvar ayının 26-da mükafatlandırmanın qeyd edilməsi üçün təşkil edilmiş nahar mərasimində elan ediləcək.
AWITA-2017 Azərbaycanda texnologiyanın şaxələndirilməsinə xidmət edən ən böyük tədbirdir. Azərbaycanın İT sahəsindəki ən nüfuzlu 100 lideri bu tədbirdə toplaşacaq.
Bu tədbir son 12 ay və yaxud daha uzun müddət ərzində qadınların texnologiya sahəsində əldə etdikləri uğurları və innovasiyaları nümayiş etdirəcək, yeni vəzifə modellərini müəyyənləşdirəcək və sektorun aparıcı qüvvələri arasında şaxəlilik ilə bağlı gələcək dialoqların keçirilməsini təşviq edəcək.
Biz hamımız bilirik ki, artıq uzun müddətdir bu sahədə xoşagəlməz statistika hökmranlıq edir: bu sahədə işləyən hər altı nəfərdən beşi kişidir. Texnologiya sahəsində qadınların liderliyi ilə bağlı vəzifə modelinin çatışmaması İT üzrə karyera qurmaq istəyən gənc xanımların arzu və istəklərinə uyğun deyil. Buna görə də, AWITA kimi təşəbbüslər texnologiya dünyasına zəriflik gətirən güclü xanım liderlərin özlərini göstərməsi üçün çox böyük əhəmiyyəti olan platforma rolunu daşıyır.
AWITA-2017 tədbiri bütün xanımları bu ilki mükafatlandırma mərasiminə müraciət etməyə və namizədlərin qısa siyahısı arasına düşməyə dəvət edir. Bu, yalnız İT sahəsində çalışan qadın liderlərin uğurlarının mükafatlandırılması üçün deyil, eyni zamanda gənc qadınlar üçün yeni vəzifə modellərinin müəyyən edilməsi üçün də bir platformadır. Bir məsələ xüsusilə vurğulanmalıdır ki, MÜKAFAT Azərbaycanda İT sahəsinə qoşulmaq istəyən qadın innovatorların, təsisatçıların və təşəbbüskarların çərçivəsini genişləndirir. Bu təşəbbüsə qoşulmaq texnologiya sahəsində mövcud olan təəssüfləndirici gender bərabərsizliyi ilə mübarizəyə də töhvə verəcək.
AWITA-2017 tədbirinin sponsoru -
Biz, Azərbaycanda innovasiyaya və texnologiya sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərə stimul verən, texnoloji iqtisadiyyata töhvə verən və qadınlara fokuslanmış ən yaxşı texnologiyanı qiymətləndiririk. Bu müfakat texnologiyaya ciddi töhvələr vermiş güclü xanımlarımızı təmsil edir. Bizi ruhlandıran bu xanımları tanımaq bizim üçün qururverici məqamdır.

Mükafatlandırmanın məqsədi yaşı 18 və ya 18-dən yuxarı olan, özünü liderlik, kreativlik, sahibkarlıq, sosial xidmətlərə yönəlik və yaxud innovativ kəşflər sahəsində fərqləndirən, rəqəmsal sferada tədqiqat aparan və yaxud işləyən qızların sayına və qadınların iştirakına müsbət təsir göstərən, aşağıdakı sahələrdən biri və ya bir neçəsi üzrə fəaliyyət göstərən qadını fərqləndirməkdir.
• İT sferasında gözə çarpan ictimai, özəl və yaxud akademik sahədə İT təşkilatçılığı üzrə perspektivli, potensiala malik gənc kadr və yaxud icraçı;
• Sosial media da daxil olmaqla, əyləncə və ya media sahəsində fəaliyyət göstərən;
• İnnovativ rəqəmsal konsepsiyanın, vasitələrin və/və yaxud xidmətin kommersiyalaşdırılmasında fəaliyyət göstərən;
• Qeyri-kommersiya xarakterli fəaliyyətlərə və ya sosial işlərə, ictimai işlərə, humanitar sahələrə (IT4Good, sağlamlıq, planetar, rifah və s.) fokuslanmış xidmətlər göstərən; və/və yaxud akademik nailiyyətlərə sahib olan;
• Özəl və ya ictimai sektor, akademik nailiyyət, rəqəmsal/sosial innovasiya üzrə mərhələli dəyişikliklərin tədqiqatını/inkişaf fəaliyyətlərini həyata keçirən qadınlar.
Yaşla bağlı tələblər:
İştirakçıların yaşı 18 və ya 18-dən yuxarı olmalıdır.
Müraciət və Qiymətləndirmə Meyarları:
Müraciət edənlər qiymətləndirilmə üçün aşağıdakı kriteriyalara cavab verməlidir:
• Təyin olunmuş namizəd qadın olmalı, yaxşı 18 və ya 18-dən çox olmalıdır.
• Namizəd Azərbaycanda yaşamalıdır;
• Müraciət formasında namizədliklə bağlı göstərilmiş bütün aspektləri qeyd etməlidir;
• Təqdim edilmiş videolar 3 dəqiqədən artıq olmamalıdır;
• Əvvəlcədən hazırlanmış bütün materiallar, məsələn, musiqidən istifadə təsdiqlənmiş olmalı və ya lisensiyasız olmalı, yaxud pulsuz istifadə üçün lisenziyası olmalıdır.
Qiymətləndirmə Meyarları:
• Əgər video material təqdim edilirsə 3 dəqiqədən artıq olmamalıdır, videoçarx əlavə etmək mütləq şərt deyil, amma istəyən namizədlər təsvir hissəsində müvafiq videoçarxa link verə bilərlər.
• Qiymətləndirmə üçün mətnlər azərbaycan/ingilis və yaxud rus dilində təqdim edilə bilər.
• Təhqiramiz xarakter daşıyan və yaxud mədəni baxımdan nəzakətsiz hesab olunan hər hansı bir mətnə görə diskvalifikasiya nəzərdə tutulur.
• Müsabiqə təşkilatçıları namizədlərin və onların təqdim etdiyi materiallarının münasib olub-olmaması ilə bağlı qərar vermək hüququna malikdir.
Namizədliklə bağlı qaydalar

Münsiflər heyəti bütün finalçıların namizədliyini nəzərdən keçirmək üçün mükafatlandırma mərasimindən bir həftə əvvəl bir yerə toplaşacaq. Onlar qalibləri təqdim edilmiş yazılı məlumatlar əsasında seçəcəklər, ona görə də bacardığınız qədər çox məlumat daxil etməyə çalışın. Təqdim ediləcək yazılı materialınızı hazırlamaq üçün aşağıda sadalanmış kateqoriyalar üzrə hər bir kriteriyadan istifadə etməyiniz xahiş olunur, çünki münsiflər öz qərarlarını vermək üçünbütün kriteriyalara istinad edəcəklər. Təqdim edilmiş yazılı məlumat sahələrinin hər biri minimum 600 söz, maksimum isə 1000 söz olmalıdır. Namizədliyin irəli sürülməsi üçün heç bir xidmət haqqı tutulmur və siz istədiyiniz qədər kateqoriya daxil edə bilərsiniz.

Uğurlar!

1. İLİN İNNOVATORU (INNOVATOR OF THE YEAR)

Ciddi innovasiyalar tətbiq etmiş, müştərilərin etimadını qazanmış, fəaliyyətlərini genişləndirmiş və qadınların da bu uğurların bir hissəsi olduğu texnologiya şirkəti. Münsiflər heyəti xüsusi korporativ mühitdəki məhsullara/xidmətlərə, müştəri rəylərinə, investisiya üzrə əldə olunmuş gəlirlə bağlı nümunələrə, stimulverici fəaliyyətlərin tətbiqi üzrə uğurlara, satışdan sonrakı dəstəyə, xidmətlərə və məhsulların sifarişçi tələblərinə uyğunlaşdırılmasına diqqət yetirəcəklər.


2. İLİN START-UP-I (STARTUP OF THE YEAR)
Texnoloji, rəqəmsal və ya elektron ticarət sahəsindəki start-up üzrə qadın lider buna nail olmaq üçün ardıcıl və davamlı strategiya ilə mükəmməl inkişaf əldə etməlidir. Birgə (qarışıq) komandaların start-up-ları qəbul ediləcək. Münsiflər heyəti artım göstəricilərinə ( dövriyyə, mənfəət, işçilər və s.), gözəçarpan nailiyyətlərə və müştərilərin rəylərinə diqqət yetirəcək.

3. İLİN PROQRAM TƏMİNATI (DEPLOYMENT OF THE YEAR)
Layihənin uğur qazanmasında qadının əsas rol oynadığı İT layihəsi/proqram təminatı. Münsiflər heyəti innovasiyanı, uğurlu təcrübəni, biznes məqsədlərinə uyğunluğu, biznesə təsirini və investisiya üzrə əldə olunmuş gəliri qiymətləndirəcək.

4. İLİN TƏSİSÇİSİ, BAŞ İCRAÇI DİREKTORU VƏ YAXUD İT DİREKTORU (FOUNDER, CEO OR CIO OF THE YEAR)
Xüsusi innovasiya, İT sahəsində mükəmməl xidmət və liderlik nümayiş etdirmiş qadın TƏSİSATÇI, BAŞ İCRAÇI DİREKTOR VƏ YAXUD İT DİREKTORU. Münsiflər heyəti hazırki təşkilatı əhatə edən layihələrə və uğurlara və əgər tətbiq edilə bilirsə, digər nailiyyətlərə, o cümlədən, uğurlu təcrübə, investisiya üzrə əldə olunmuş gəlir, mədəni dəyişiklik və biznes məqsədlərinə uyğunluq ilə bağlı nümunələrə diqqət yetirəcək.


5. İLİN RƏQƏMSAL LİDERİ (DIGITAL LEADER OF THE YEAR)
Son istifadəçi olan təşkilatda rəqəmsal texnologiya üzrə əsas mövqeyə malik qadın, məsələn, rəqəmsal texnologiya üzrə baş direktor, rəqəmsal direktor və yaxud rəqəmsal transformasiya üzrə lider. Münsiflər heyəti innovasiya, liderlik, rəqəmsal texnologiya sahəsində uğurlu təcrübə, investisiya üzrə gəlir, mədəni dəyişiklik və biznes məqsədlərinə uyğunluq ilə bağlı nümunələrə diqqət yetirəcək.

6. İT SAHƏSİNDƏ İLİN QƏHRƏMANI (HERO OF IT)
İT Qəhrəmanı Mükafatı böyük, müxtəlif və kompleks texnoloji layihələri idarə edən, gündəlik olaraq məhsuldar çalışan və texnologiya üzərində böyük təsirə malik olan namizədi təltif edir. Namizəd İT sahəsində ən azı 10 layihə göstərməlidir. Bu nominasiyada eyni zamanda sistem və şəbəkə administratorluğu, eyni zamanda informasiya təhlükəsizliyi üzrə 2 ildən çox təcrübəsi olan xanım namizədlər iştirak edə bilər.
7. İLİN TRANSFORMASİYASI (TRANSFORMATION OF THE YEAR)
İT və yaxud rəqəmsal texnologiya üzrə böyük və uğurlu transformasiya həyata keçirmiş və qadının da bu uğurun bir hissəsi olduğu təşkilat. Münsiflər heyəti innovasiyanı, uğurlu təcrübəni, biznes məqsədlərinə uyğunluğu, biznesə təsirini və investisiya üzrə əldə olunmuş gəliri qiymətləndirəcək.

8. İLİN QADINI (WOMAN OF THE YEAR)
Son ildə İT sahəsində mükəmməllik, innovasiya və liderlik üzrə yüksək peşəkarlıq göstərmiş və qadınların İT sahəsində uğur qazana biləcəyi böyük işlərlə bağlı nəzər-diqqəti çəkmiş qadın. İlin qadını münsiflər heyəti tərəfindən seçiləcək.

9. İLİN PROQRAMÇISI (DEVELOPER OF THE YEAR)

Son 5 ildə proqramlaşdırma sahəsində fəaliyyətə başlayan və bu sahədə uğurlu nəticələr göstərən xanım.


10. İLİN SAHİBKARI (EMPLOYER OF THE YEAR)
Bu, daha çox qadınların cəlb edilməsi və işə götürülməsi arzusunu nümayiş etdirmiş texnologiya şirkəti və ya digər sənayeni təmsil edən, lakin öz İT və ya rəqəmsal şöbəsinə daha çox qadınların cəlb edilməsi və işə götürülməsi arzusunu göstərmiş şirkət ola bilər. Münsiflər heyəti sahibkarın daha çox qadını işə cəlb edərkən, çoxşaxəli və geniş iş mühiti yaradarkən həyata keçirdiyi təşəbbüsləri nəzərdən keçirəcək. Namizəd şirkətdəki qadın və kişi işçilərin faizini qeyd etməlidir.


11. MÜNSİFLƏR HEYƏTİNİN SEÇİMİ (JUDGES CHOICE)
İT sahəsində hər hansı bir müstəsna uğur qazanmış və AWIC Femmes Digitales komandası tərəfindən seçilmiş qadın. Bu, İT sahəsində güclü liderlik nümayiş etdirmiş, ənənə yaratmış, qadınların texnologiyanı idrak etməsini və bu sahədə maarifləndirilməsini həyata keçirmiş Vendor və yaxud son-istifadəçi ola bilər.

12. UCQAR BÖLGƏDƏ İT SAHƏSİNƏ VERİLƏN TÖHVƏ (RURAL AND REMOTE CONTRIBUTION in IT)
Rayon yerlərində və uzaq bölgələrdə (qeyri-metropoliten hesab olunan rayon və uzaq bölgələrdə, məsələn, şəhər mərkəzində məskunlaşma səviyyəsi 100.000-dən az olan ərazilərdə) İT sektoruna ciddi töhvə vermiş məşhur qadın.
13. İT SAHƏSİNDƏ İLİN MÜƏLLİMİ (IT TEACHER OF THE YEAR)
İlin İT Müəllimi Mükafatı orta ümumtəhsil məktəblərində İT-nin inkişafı üçün öz töhvələrini verən, 5 ildən uzun müddətdə təlim-tədris prosesində İT-nin tətbiqi ilə innovativ tədris aparan qadın müəllimdir.


14. İT SAHƏSİNDƏ İLİN QRUPU/İT TƏHSİL PROQRAMI/İT TƏHSİL LAYİHƏSİ (IT COMMUNITY/IT education programm/IT education project)
İT İcması Mükafatı informasiya texnologiyaları sahəsində çalışan qadınlar üçün müsbət iş mühitinin təşviq edilməsi məqsədilə xeyriyyə təşəbbüsləri və fəaliyyətləri həyata keçirməklə , İT sektorunda nümunəvi xidmət yerinə yetirmiş namizədi təltif edir. Xoşməramlı səfir İT icmasında dəyişikliklərin edilməsi üçün fəal işləyəcək, İT sahəsində qadınların irəliləyişi istiqamətində çalışacaq və icmanın fəaliyyətlərinə dəstək olmaq üçün əlindən gələni edəcək.

15. İT SAHƏSİNDƏ İLİN TƏLƏBƏSİ (IT STUDENT OF THE YEAR)
İlin Tələbəsi Mükafatı müstəsna nailiyyətləri vurğulayır və tələbələrin İT sahəsindəki uğurlarını qeyd edir. Hər bir universitet İlin İT Tələbəsi mükafatına bir tələbəni namizəd göstərə bilər.

İŞTİRAK ETMƏK ÜÇÜN MÜRACİƏT:
https://goo.gl/forms/irMOl1x7vcTHnKlc2

  • facebook (/eventsaz)
  • instagram (@eventsaz)