Загрузка ..
O Mероприятии

“İlin Fotoqraf-2016” mükafatlandırma tədbiri.
Azərbaycan Fotoqrafları Birliyi 1999-cu ildən bu günə kimi “İlin Fotoqrafı” mükafatlandırma tədbiri keçirir. Növbəti, 2016-cı ilin üçün “ İlin fotoqrafı-2016” Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.


Tədbirin informasiya dəstəyi Azərbaycan Dövlət İnformasiya Agentliyidir. 14 yanvar 2017-cı il tarixdə saat 18:30-da Azərbaycan Fotografları Birliyinin ənənəvi illin yekun tədbiri olan “İlin fotografı-2016” mərasimi keçiriləcəkdir. Tədbirdə Azərbaycan Fotografiyası sənətində 2016-ci ilin yekunları elan ediləcək və 22 nominasiya üzrə mükafatlar təqdim olunacaq. Həmçinin tədbirdə Orxan Aslanovun “My Azerbaijan” fotosərgisi təşkil olunacaq.
“İlin Fotoqrafı-2016” tədbirinin sponsor və tərəfdaşları :- Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, Art Faktor, Gürcüstan Fotoqraflar Asosasiyası, Nur Art House, Arts Council Azerbaijan, Sporting Atıcılıq Mərkəzi, 5.11 Mağazası, Folk Art mağazası, Incəsənət aləmi şirkəti, Mirzə Ələkbər Sabir fondu, Xətai Sənət mərkəzi, DiVi şirkəti, İrs Jurnalı və Anadolu informasiya agentliyidir.
“İlin Fotoqrafı-2016” tədbirində Art Faktor təşkilatı təsis etdiyi xüsusi mükafatları təqdim edəcəkdir.
Tədbirə giriş sərbəstdir: Ünvan: Beynəlxalq Muğam Mərkəzi. Neftçilər prospekti 9,(Dənizkənarı Milli Park).

  • facebook (/eventsaz)
  • instagram (@eventsaz)